“232 pasiyentdən 6-nın vəziyyəti kritikdir. Koronavirusun ağır keçdiyi xəstələrin sayı 22-dir”.
“Report” xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya söyləyib.
Qeyd edək ki, Gürcüstanda indiyədək 1 341 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 17 nəfər ölüb, 1 092 nəfər isə sağalıb.