Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb, 4 nəfər xəstəlikdən sağalıb.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 341 nəfərə çatıb.
Qeyd edək ki, virusa yoluxanlardan 1 092 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.