Qazaxıstanda bu gündən karantin şərtləri mərhələli şəkildə yumşaldılır
Tarix: 17-08-2020, 08:02 | Çap et
Qazaxıstanda bu gündən karantin şərtləri mərhələli şəkildə yumşaldılır

Avqustun 17-dən başlayaraq Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində, Qızılorda, Karaqanda, Aktyubinsk, Akmola və Şərqi Qazaxıstan vilayətlərində karantin rejimi mərhələli şəkildə yumşaldılır.

Ölkədə epidemioloji vəziyyətin sabitləşdirilməsi, koronavirus infeksiyasının yoluxma səviyyəsinin azaldılması və yayılmasının qarşısının alınması məqsədilə avqustun 17-dən məhdudlaşdırıcı Karantin tədbirləri mərhələli şəkildə yüngülləşdirilir.

AZƏRTAC xəbər verir ki, ticarət mərkəzləri, uşaq sağlamlıq mərkəzləri, təhsil və məktəbəqədər tərbiyə müəssisələri, bərbərxanalar, gözəllik salonları, kafe və restoranlar da bu gündən qapılarını müştərilərin üzünə açır.

Bundan başqa həftə sonları (22-23 avqust) sərt karantin rejimi yenidən tətbiq ediləcək.

Qeyd edək ki, Çimkənt şəhərində, Almatı və Atyrau vilayətlərində karantin məhdudiyyətləri avqustun sonunadək uzadılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net