Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında yenidən telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.
Məlumata görə, A.Lukaşenko və V.Putin Belarus daxilində və onun ətrafında yaranan vəziyyəti müzakirə ediblər.
Qeyd olunub ki, Rusiya xarici təhdidlər baxımından vəziyyətin gərginləşəcəyi təqdirdə Belarusa İttifaq dövlətin yaradılması haqqında müqavilənin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə problemlərin həllində kömək etməyə hazır olduğunu təsdiqləyib.