Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilir
Tarix: 7-08-2020, 11:30 | Çap et
Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilir

Livanın paytaxtı Beyrutda küçələrinə çıxan nümayişçilərdən bir qrupunun polis səddini aşaraq parlament binasına soxulmağa çalışmasından sonra hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə edib.

“Report” xəbər verir ki, bu barədə “MİR 24” telekanalı məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində hər iki tərəfdən yaralananlar var. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılır. Nümayişçilər polis sıralarına hücum ediblər. Onlar polisə daş və molotov kokteyli atıblar. Etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net