Ankara Omanla anlaşdı, bu ölkədə hərbi baza açır - Yeni sultanın anası türkdür
Tarix: 29-07-2020, 16:11 | Çap et
Ankara Omanla anlaşdı, bu ölkədə hərbi baza açır - Yeni sultanın anası türkdür

Misirli məşhur qəzetçi Sabır Meşhur Türkiyə ilə Oman dövlətinin hərbi baza məsələsində anlaşdığını iddia edib.

Avropa.info xəbər verir ki, misirli siyasi yazar Türkiyənin Omanda hərbi baza açacağını bildirib.

Bu iddia dünya mediasının əsas gündəminə çevirilib. Omanın, Türkiyənin bölgədə rəqibi Birləşmiş Ərəb Əmirliklərinin və İsrailin təsirində olduğu bilinirdi. Lakin, Omanın yeni lideri Sultan Heysəm bin Tarık bin Teymur əl Səidin, BƏƏ-nin vəlihəd şahzadəsi Məhəmməd bin Zayedlə soyuq görüşməsi diqqətlərdən qaçmamışdı.

Umman Sultanı 'Türk' çıktı! BAE'li şirketleri kovdu, Türkiye ile ittifak yapmak için anlaştı
Misirli yazar Sabır Meşhur Omanın yeni liderinin anasının türk olduğunu, bu səbəbdən də Türkiyə ilə müttəfiqlik siyasətini seçdiyini iddia edib.

"Hazırkı sultanın atası Tarık bin Teymur Türkiyədə yaşayıb və orada türk qızı ilə evlənib. Hətta sultanın atası Türkiyə vətəndaşı da olub. Əslində sultanın özünün də ana dili türkcədir. Ərəbcəni sonradan öyrənib" - Sabır Meşhur belə deyib.

Bu arada Türkiyə hökumətinə yaxınlığı ilə tanınan jurnalist İbrahim Karagül də Türkiyə ilə Omanın anlaşdığını tvitter hesabında yazıb.

"Türkiyə-Oman dəniz bazası açılması üçün ilkin anlaşma əldə edildi. Hind okeanına açılan ilk qapıda da varıq. Müthiş bir addım, geopolitik addımdır. Qətərdən sonra Omandayıq. İndi BƏƏ düşünsün. Zayed düşünsün. Ova gedərkən, ovlandı" - Karagül belə yazıb.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net