Rusiya turistlər üçün açıq olan ölkələrin siyahısını genişləndirəcək
Tarix: 29-07-2020, 14:48 | Çap et
Rusiya turistlər üçün açıq olan ölkələrin siyahısını genişləndirəcək

Rusiya koronavirus pandemiyası səbəbindən dayandırılmış uçuşların bərpa ediləcəyi ölkələrin siyahısını genişləndirəcək.

Kp.ru bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Denis Mikerinin açıqlamasına istinadla xəbər yayır.

Bu dəyişikliklərin yaxın gələcəkdə həyata keçirilməsinin planlaşdırıldığı bildirilir.

D.Mikerin qeyd edib ki, Moskva bu məsələ ilə bağlı çox sayda ölkələrlə danışıqlar aparır:

“Bir sıra dövlətlərlə əlaqəli nazirliklər səviyyəsində danışıqlar aparılır. Razılıq əldə edildikdə nəqliyyatın ikitərəfli hərəkəti başlanacaq. İndi növbə Böyük Britaniya, Türkiyə və Tanzaniyanındır. Düşünürəm ki, bu siyahı zaman keçdikcə daha da genişlənəcək”.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net