
Moskvada son sutka ərzində koronavirusdan 13 nəfər dünyasını dəyişib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Əməliyyat Qərargahı məlumat yayıb.
Bildirilib ki, paytaxtda pandemiya dövründə yeni virusdan ölənlərin sayı 4434 nəfərə çatıb.
Son məlumatlara görə, Moskvada 239 mindən çox koronavirusa yoluxma qeydə alındı, onlardan 176 mini sağalıb.
Qeyd edək ki, Rusiyada ümumilikdə 823 515 yeni virusa yoluxma hadisəsi aşkarlanıb, onlardan 612 217 mini nəfəri sağalıb, 13504 nəfər dünyasını dəyişib.