Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
Tarix: 26-07-2020, 15:53 | Çap et
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı

Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində beş yaşlı uşaq yaşadığı evin yeddinci mərtəbəsindən yıxılıb.

Vesti.ru xəbər verir ki, hadisə nəticəsində azyaşlı sağ qalıb.

O, dərhal qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

Bildirilib ki, azyaşlı evdə babası ilə qalıb. Pəncərənin açıq olduğunu görən uşaq həyətə baxmaq istəyib və yıxılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net