Amerikalı repçi Maykl Ceksonun qətlə yetirildiyini ağzından qaçırdı - FOTO - GECƏYƏ
Tarix: 23-07-2020, 05:35 | Çap et
Amerikalı repçi Maykl Ceksonun qətlə yetirildiyini ağzından qaçırdı - FOTO - GECƏYƏ

Repçi Kanye Uest “pop kralı” Maykl Ceksonun öldürüldüyünü bildirib.

“Daily Mail”in məlumatına görə, o, bu barədə “Twitter” hesabında qayınanası Kris Cennerlə onlayn müsahibə zamanı bildirib.

Hip-hop ifaçısı M.Ceksonun “öldürülməzdən əvvəl” ona “Sony”nin sabiq top-meneceri Tommi Mottole barədə danışdığını deyib. Onun sözlərinə görə, Cekson 2001-ci ildə “Invincible” üçün layiqli reklam kampaniyası təşkil etməyən Mottolanı “şeytani irqçi” adlandırıb


K.Uest az sonra tvitini silib.

Qeyd edək ki, repçi bundan əvvəl arvadı Kim Kardaşyanı onu psixi dispanserə salmaq istəməkdə ittiham etmişdi.

“Pop kralı” kimi tanınan Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi müalicə edən həkimin verdiyi dərman kombinasiyasından ürəyinin dayanması göstərilib.

Mövzu ilə əlaqədar
Erməni pornoulduzun əri ABŞ prezidenti olacaq? - VİDEO
Məşhur repçinin sabiq cangüdənindən ittiham: “Axmaq tələbləri var idi”




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net