İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda və general Qasım Süleymaninin hərəkətləri barədə məlumat ötürməkdə ittiham olunan şəxs edam edilib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Həmçinin, İsrail kəşfiyyatı – “Mossad”la əməkdaşlıqda ittiham olunan Mahmud Musəvi Mədc adlı şəxs bu gün, iyulun 20-də edam olunub.
Qeyd edək ki, sözügedən şəxsə qarşı iş hələ general Qasım Süleymaninin ölümünə qədər başlanılıb və əvvəlcə ABŞ-ın iranlı generala qarşı əməliyyatları ilə əlaqədar olmayıb.