Özünütəcrid rejimində yaşayan Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yerləşdirilib
Tarix: 20-07-2020, 09:47 | Çap et
Özünütəcrid rejimində yaşayan Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının Kralı Salman bin Adbuləziz əl-Səud xəstəxanaya yerləşdirilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

Bildirilib ki, krala öd kisəsinin iltihabı diaqnozu qoyulub.

Xatırladaq ki, 2020-ci ilin aprel ayında Səudiyyə Ərəbistanında kral ailəsinin 150-dən çox üzvünün koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.

Bununla əlaqədar 84 yaşlı Salman bin Adbuləziz əl-Səud Qırmızı dənizdə yerləşən adalardan birində özünütəcrid şəraitində yaşayır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net