
"Dünya birliyi tərəfindən təcavüzkar dövlət kimi ad çıxarmış Ermənistanın dost və qardaş Azərbaycana xain hücumu bütün TÜİB (“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi) ailəsini dərindən hiddətləndirib. Təkcə Azərbaycanın yox, eyni zamanda regionun sülh və əmin-amanlığını təhlükəyə atan, beynəlxalq hüququnun bütün norma və prinsiplərinə zidd olduğu şübhə doğurmayan, provakativ, insan tələfatı ilə nəticələnən bu cür əməlləri şiddətlə qınayırıq".
Bunu “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi İdarə Heyətinin sədri Hüseyin Büyükfırat bildirib.
O qeyd edib ki, istər iş adamları birliyi olaraq, istərsə də fərd olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq tapşırıqlarını gözləyirlər və yerinə yetirməyə hazırdırlar:
"Türkiyə və Azərbaycan Prezidentləri arasındakı xalqlarımızın ruhuna uyğun səmimi dostluq, qardaşlıq və qarşılıqlı təəssübkeşlik münasibətlərinə hər cür töhfə vermək bizim üçün şərəfdir. Əhd edirik, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşada Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və düşmənə gözdağı olan əzəmətli abidə ucaldacağıq!
İnşallah, o gün uzaqda deyil. Vətənimizi qoruyarkən şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Zəfər bizimlə olsun!"