Türkiyədə Qurban bayramında yeni məhdudiyyətlər olmayacaq
Tarix: 17-07-2020, 16:24 | Çap et
Türkiyədə Qurban bayramında yeni məhdudiyyətlər olmayacaq

“Qurban bayramı zamanı yeni məhdudiyyətlərin tətbiqi gündəlikdə yoxdur”.

“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda Həzrəti Əli məscidində cümə namazı qılandan sonra mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə Dəyanət İşləri İdarəsi məscidə dəvəti və duaları həyata keçirəcək: “Məscidə girişdə koronavirusla bağlı həssaslıq nəzərə alınacaq. Ayasofya məscidində 1 000-1 500 nəfər ilk cümə namazını qılacaq”.

Türkiyə prezidenti Ayasofya məscidi ilə bağlı xarici reaksiyalara da münasibət bildirib: “Onların heç biri bizi yolumuzdan döndərə bilməz. Daxili və suverenlik məsələlərimizə müdaxilə ola bilməz. Bu məsələni kimsə siyasiləşdirib ona bəsit qiymət verməyə çalışmasın. Ayasofya tarixi borcumuz idi, bu borc qaytarıldı. Ayasofyanın zənciri söküldü. Millətimiz buna həsrət idi, bu həsrət aradan qaldırıldı”.





Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net