Gürcüstanda koronavirusa yoluxanların sayı 986-ya çatdı
Tarix: 12-07-2020, 10:15 | Çap et
Gürcüstanda koronavirusa yoluxanların sayı 986-ya çatdı

Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb, 6 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 986-ya çatıb. Həmin şəxslərin 857-si sağalıb, 15-i isə dünyasını dəyişib.

Hazırda karantində saxlanılanların sayı 5 001, stasionar nəzarətdə olanların sayı isə 219 nəfər təşkil edir. Xaricdən gətirilən 31 Gürcüstan vətəndaşı da vətəndə müalicə olunur.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net