Ermənistanda son sutkada 489 nəfər COVID-19-a yoluxub, 13 nəfər ölüb
Tarix: 11-07-2020, 13:04 | Çap et
Ermənistanda son sutkada 489 nəfər COVID-19-a yoluxub, 13 nəfər ölüb

Ermənistanda son sutka ərzində daha 489 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 31 392 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 13 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 559 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 19 419 nəfərdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net