Gürcüstan Ukraynaya nota verdi
Tarix: 10-07-2020, 20:21 | Çap et
Gürcüstan Ukraynaya nota verdi

Gürcüstanın Ukraynadakı məsul diplomatik nümayəndəsi David Boçorişvili bu ölkənin xarici işlər nazirinin müavini Vasil Bodnar ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Ukrayna tərəfinə Gürcüstanın etiraz notası təqdim olunub.

Sənəddə Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixel Saakaşvilinin ötən gün Gürcüstanla bağlı səsləndirdikləri bəyanatların qəbuledilməz olduğu bildirilib.

D. Boçorişvili qeyd edib ki, bu cür təxribatçı addımlar iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinə zərər vurur.

Tərəflər qarşılıqlı əlaqələrin gələcəkdə daha da gücləndirilməsi ilə bağlı hazırlıq ifadə ediblər.





Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net