Gürcüstanda iyulun 7-də vahid milli imtahanlarda iştirak edən abituriyentlərdən birində koronavirus təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, gəncin ailə üzvündən yoluxduğu ehtimal edilir.
A.Qamkrelidze qeyd edib ki, abituriyentin vəziyyəti qənaətbəxşdir və təmasda olduğu 9 nəfər artıq müəyyən olunub.