Qazaxıstanda koronavirusla mübarizə üçün 1 400 həkim və 1 700 orta tibb işçisi çatışmazlığı var.
“RİA Novosti”nin məlumatına görə, bunu Qazaxıstanın Səhiyyə nazirinin müavini Acar Qiniyat deyib.
Qazaxıstanda ötən sutka COVID-19-a 1 962 yeni yoluxma halı qeydə alınıb.
Bununla da, ölkədə yoluxanların sayı 53 021-ə çatıb. Bu müddət ərzində 264 nəfər xəstəlikdən ölüb.