Çindən hərəkət edən və Bakı Limanından keçən növbəti yük karvanı Ankaraya çatıb
Çindən hərəkət edən və Bakı Limanından keçən növbəti yük karvanı Ankaraya çatıb.
Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən və 43 konteynerdən ibarət blok qatarı iyun ayının 30-da 6 saat ərzində Bakı Limanında aşırılmışdır. Bu gün yük karvanı Ankaraya çatıb.
Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü Ady Container MMC-dir.
Qeyd edək ki, bu Sian-İstanbul marşturu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaq.