Türkiyənin Adana şəhərində yaşayan bir qız polisə zəng edərək, zorla ərə verildiyini bildirib.
“İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, 22 yaşlı Ceylan Beyazkaya anası və qohumları tərəfindən zorla evləndirilmək üçün nikah mərasiminə gətirilib.
Bu zaman qız polisə xəbər verib. Nikah mərasiminə gələn polis gəlinin və bəyin yaxınlarını, eyni zamanda, bəyin özünü saxlayıb.
Qızın valideynləri ifadələrində bildiriblər ki, qızını zorla ərə verməyiblər, sadəcə olaraq, o, evlənəndən sonra İstanbulda yaşamaq istəmədiyi üçün polis çağırıb.