Çinin “China National Biotec Group” (CNBG) şirkəti koronavirusa qarşı peyvəndin insanlar üzərində uğurla sınaqdan keçirilməsi ilə bağlı bəyanat yayıb.
“İnterfaks” xəbər verir ki, şirkət eyni zamanda iki peyvəndi test edib və müsbət nəticələr əldə olunub
İlkin məlumatlara görə, peyvənd vurulmuş 1120 sağlam şəxsin hamısında sonradan anticisimlər aşkarlanıb.
Bundan savayı, CNBG-nin Uhan bölməsi uğurlu peyvənd sınağını həyata keçirib. Yekun sınaqların Birləşmiş Ərəb Əmirliklərində aparılacağı bildirilir.