Rusiyanın paytaxtında fəaliyyət göstərən internet-mağazalardan biri qəribə iş elanı yerləşdirib.
“Qovorit Moskva” radiosunun xəbərinə görə, şəbəkədə alver edən mağaza eynək şüşələrini silən işçi axtarır
Vakant yerə sahib olmağı arzu edənlər bir sıra tələblərə cavab verməlidirlər. Belə ki, aylıq maaşı 40 min rubl (1000 manat) olan bu “vəzifə”ni əldə etmək üçün namizəd tibb sahəsində ali təhsilli olmalıdır. Göz həkimlərinə üstünlük verilir. Əməkdaş səhər saat 9-da ofisdə olmalı və hər gün ən azı 150 eynəyin şüşələrini silməlidir.
İnternet-mağazanın sahibi qəribə iş elanını belə izah edib:
“Hər bir eynək ideal vəziyyətdə olmalıdır. Onun üzərində ləkə, barmaq izi və ya toz olmamalıdır. Əgər iş gününün sonunda belə pozuntu aşkarlanarsa, əməkdaş cərimələnəcək”.