Xəstəliklərin inkişafının qarşısını almaq mümkün olacaq
Tarix: 27-06-2020, 10:47 | Çap et
Xəstəliklərin inkişafının qarşısını almaq mümkün olacaq

Yaponiya alimləri bir sıra xəstəlikləri başlamasından üç il əvvəl proqnozlaşdırmağın yollarını öyrəniblər.

Bu barədə “Kyodo” agentliyi xəbər yayıb.

Hirosaki və Kioto universitetlərinin mütəxəssisləri təxminən 20 xəstəliyin, xüsusən diabet, demensiya, arteroskleroz, hipertoniya, xroniki böyrək çatışmazlığı, osteoporoz, piylənmə, ürək-damar çatışmazlığı və digərlərinin inkişaf ehtimalını dəqiq müəyyənləşdirmək üçün metod hazırlayıblar.

Onlar süni intellektdən istifadə edərək, insanın tibbi göstəricilərini 20 kateqoriyada təhlil edən sistem yaradıblar.

Burada insanın fiziki vəziyyəti, genetikası, həyat tərzi və pis vərdişləri haqqında məlumatlar nəzərə alınır. Sistem təxminən 20 min insanın məlumatları əsasında ərsəyə gətirilib.

Alimlərin fikrincə, onların metodu əvvəlcədən müəyyən addımlar ataraq, həyat tərzini dəyişdməklə xəstəliklərin inkişafının qarşısını alacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net