Azyaşlı övladını xüsusi amansızlıqla qətlə yetirib intihara cəhd etdi - FOTO
Tarix: 27-06-2020, 02:01 | Çap et
Azyaşlı övladını xüsusi amansızlıqla qətlə yetirib intihara cəhd etdi - FOTO

Kiprdə azyaşlı oğlunu xüsusi amansızlıqla qətlə yetirən qadına hökm oxunub.

Haberler.com məlumat verir ki, 36 yaşlı Bilgə Lord Kunduracı yeddi yaşlı oğlu Ercan Kaya Kunduracıya yatdığı yerdə 31 bıçaq zərbəsi endirərək onu öldürüb.

Bundan sonra o, biləklərini və boğazını kəsərək intihara cəhd edib.

Məlum olub ki, əri ilə boşanma ərəfəsində olan qadına hadisədən əvvəl iki gün oğlu onu öldürməməsi üçün yalvarıb.

Cinayət bir gün sonra hadisəni törədən qadının rəfiqəsinə “Uşağımı öldürdüm, özüm də ölürəm”, - deyə yazdığı mesajdan sonra üzə çıxıb.

Məhkəmə qərarı ilə övladını qətlə yetirən ana ömürlük azadlıqdan məhrum edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net