Rusiyada azərbaycanlıya hökm oxundu
Tarix: 25-06-2020, 14:25 | Çap et
Rusiyada azərbaycanlıya hökm oxundu
Rusiyada azərbaycanlının məhkəməsi olub.

Ogirk.ru bu barədə İrkutsk vilayət prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər yayıb.

Bildirilir ki, Çunski Rayon Məhkəməsində qanunsuz ağac kəsməkdə təqsirli bilinən 37 yaşlı Azərbaycan vətəndaşına hökm oxunub.

Məhkəmə prosesində müəyyən edilib ki, Azərbaycan vətəndaşı qanunsuz ağac kəsilməsinə dörd tanışını da cəlb edib.

Nəticədə, ümumi həcmi 89 kub metr olan şam ağacları kəsilib, Rusiyanın meşə fonduna təxminən 375 min rubl (9 150 AZN) zərər vurulub.

Təqsirləndirilən şəxs meşədə ağacların qanunsuz kəsilməsi nəticəsində dəymiş ziyanı tam ödəyib.

Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində olmaqla, 1 il 6 ay 10 gün müddətinə həbs qərarı verib.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net