Rusiyada 20 nəfərdən ibarət könüllülərin ikinci qrupuna COVID-19 peyvəndi vurulub.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
İlk saatlarda bəzi könüllülərdə temperatur cüzi şəkildə yüksəlib, baş ağrısı və digər simptomlar müşahidə olunub.
Hazırda könüllülərin hamısının vəziyyətinin yaxşı olduğu qeyd edilir.