Cənubi Koreya rəsmisindən koronavirus etirafı: “Proqnozlarımız səhv çıxdı”
Tarix: 22-06-2020, 15:56 | Çap et
Cənubi Koreya rəsmisindən koronavirus etirafı: “Proqnozlarımız səhv çıxdı”
Cənubi Koreyanın Səhiyyə Nazirliyi yanında Xəstəliklərə nəzarət və profilaktika üzrə Mərkəzin rəhbəri Çon In Qen bildirib ki, paytaxt Seulda və ətraf bölgələrdə koronavirusa yoluxmanın ikinci dalğası başlayıb və ölkədə COVID-19 epidemiyasının yayılması payızadək davam edəcək.

Rəsmi şəxsin bu açıqlamasını Cənubi Koreyanın “Rönhap” agentliyi yayıb.

Çon In Qen bildirib ki, hökumət ikinci dalğanın payızda və ya qışda başlayacağını gözləyib:

“Bizim proqnozlarımız səhv çıxdı. İnsanlar bir-biri ilə sıx təmasda olduqca infeksiyanın yayılması davam edəcək”.

Mərkəz rəhbəri əlavə edib ki, Seulda may ayından etibarən pandemiyanın ikinci dalğası başlayıb.

Öz növbəsində, Seul administrasiyası paytaxtda sərt sosial məsafə rejiminin tətbiq olunacağı ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net