Gürcüstanlı “qanuni oğru”, kriminal dairələrdə “Lavaşoğlu Batumski” kimi tanınan Mindiya Qoradze Türkiyədən çıxarılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İnterpol xətti ilə axtarışa verilən gürcü kriminal hələ 2018-ci ilin oktyabr ayında, Trabzonda həbs olunubmuş. Həmin vaxt Lavaşoğlunun üzərində odlu silah da tapılıb.
Son 20 ay ərzində “qanuni oğru”nun Gürcüstanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün hüquqi prosedur həyata keçirilib. Acarıstanda olduqca böyük nüfuz sahibi olan Mindiya Qoradzenin yaxınları və qohumları bu ilin iyun ayından muxtar respublikanın prokurorluq binası qaşrısında etiraz aksiyası keçiriblər.
“Lavaşoğlu Batumski”nin hazırda Belarus paytaxtı Minsk şəhərində olduğu bildirilir.
Hələ 2019-cu ilin aprel ayında Batum şəhər məhkəməsi ona “oğru dünyasında iyerarxik mövqe tutma” maddəsi ilə 10 il müddətinə azaldıqdan məhrum emtə cəzası verib. Bundan öncə, 2018-ci ilin iyulunda isə məhkəmə Mindiya Qoradzeni qiyabi hökmlə“dələduzluq”, “jurnalistlərin peşəkar fəaliyyətinə əngəl törətmək” maddələri ilə 12 il həbs cəzasına məhkum edib.
Prokurorluğun məlumatına əsasən, “Lavaşoğlu” 2014-2015-ci illərdə Gürcüstandakı kriminal mühitə təsir etmək üçün fəaliyyətini genişləndirib və burada nüfuzunu artırmaq üçün göstərişlər verirmiş.
2015-ci ilin fevral ayının 24-də M.Qoradze “Rustavi 2” kanalının “Başqa aksentlər” proqramının müəllifinə zəng edərək onu ölümlə hədələyib.