Türkiyədə son sutkada koronavirusdan sağalanların sayı sutkalıq yoluxmadan çox olub
Tarix: 21-06-2020, 21:42 | Çap et
Türkiyədə son sutkada koronavirusdan sağalanların sayı sutkalıq yoluxmadan çox olub

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 40 496 şübhəli koronavirus testindən keçib, onlardan 1192-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1412 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4950 nəfər ölüb, 187 685 nəfər bu infeksiyaya yoluxub, 160 240 nəfər isə müalicə olunub. Fəxrəddin Qoca bildirib ki, bu gün sağalan xəstə sayı gündəlik yoluxma sayından 220 nəfər çox olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net