Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 460 691 pasiyent təşkil edir.
“Report” xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.
Bundan başqa, dünyada pandemiya ərzində 8 702 585 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb. Bu halda 4 592 225 insan xəstəlikdən sağalıb.
Hazırda virusa yoluxmuş 54 726 pasiyent ağır vəziyyətdədir.
ABŞ dünyada koronavirusa ən çox yoluxma və virusdan ölüm hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 2 288 941 nəfər yoluxub, 121 289 nəfər pandemiyanın qurbanı olub.
Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 1 009 699 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Müalicə alan 48 427 pasiyent vəfat edib.
Şimal qonşumuz Rusiyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 596 063 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb.
Siyahıda dördüncü yerdə 395 812 yoluxma ilə Hindistan, beşinci yerdə 301 815 virus daşıyıcısı ilə Böyük Britaniya qərarlaşıb.