2021-ci il ərzində pulsuz elektron vizanın tətbiqi Rusiyada turizmin bərpasına kömək edəcək.
RBC xəbər verir ki, bunu Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova deyib:
“Çox cəsarətli fikir təklif etməli olsam, yəqin ki, gələn il üçün anti-böhran tədbiri olaraq, pulsuz elektron viza ideyasını irəli sürərdim”.
O qeyd edib ki, bu cür tədbir koronavirus pandemiyasının yaratdığı böhrandan əziyyət çəkən Rusiyada turizm sənayesinin bərpasına töhfə verə bilər.
Z.Doquzovanın sözlərinə görə, Rusiya turizmi yalnız gələn ilin sonunadək itkiləri qarşılaya biləcək.