Kanada hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ABŞ rəhbərliyi ilə iki ölkə arasında sərhədlərin iyul ayının sonuna kimi bağlı qalması barədə razılıq əldə edib.
“Report” xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Tryudo “Twitter”də yazıb.
O qeyd edib ki, Kanada ilə ABŞ arasında sərhədin bağlı saxlanmasına dair qərar daha 30 gün müddətinə uzadılıb: “Sərhədlər 21 iyula qədər bağlı qalacaq” - Tryudo qeyd edib.
Onun sözlərinə görə, bu həm kanadalıların, həm də amerikalıların təhlükəsizliyini təmin etmək üçün qəbul edilən vacib qərardır.