
Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasında gərginlik artmaqda davam edir.
“Report” xəbər verir ki, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə yerləşən Keson şəhəri və Kımqansan (Almaz dağları) kurort zonası ətrafına qoşun yeridir.