ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı ölkə polislərinin milli reyestrinin yaradılması haqqında əmr imzalayacaq.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, sənədlə həmçinin polislərin hazırlığı və işəgötürmə tələbləri sərtləşdiriləcək.
ABŞ administrasiyanın yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında faktı təsdiqləyib. "Prezident Tramp polisin milli reyestrinin yaradılması haqqında əmr verəcək, hansı ki, pis polis əməkdaşlarının işə qəbulunu istisna edəcək", - məmur bildirib.
Bundan başqa, administrasiya nümayəndəsinin sözlərinə görə, fərman həmçinin təlimləri sertifikatlaşdırmağa və standartlaşdırmağa imkan verəcək və polisdən yerli icmalardan şəxsi heyət toplamağı tələb edəcək.