Son sutka ərzində Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.
Bildirilir ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 825 nəfərə çatıb.
Son gündə koronavirusa yoluxanların sayında ciddi artım nəzərə çarpıb. Belə ki, sutka ərzində 1 592 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, koronavirusa yoluxma hallarının ümumi sayı 179 831 nəfərə yüksəlib.