İrandan Türkiyəyə qaz ixracının dayandırılmasının səbəbi açıqlanıb
Tarix: 15-06-2020, 13:46 | Çap et
İrandan Türkiyəyə qaz ixracının dayandırılmasının səbəbi açıqlanıb

İrandan Türkiyəyə qaz ixracının dayandırılmasının səbəbi boru kəmərində baş vermiş terror hadisəsidir, siyasi səbəblər deyil.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

O deyib ki, Türkiyə tərəfi boru kəmərini təmir etməlidir: “Ümid edirik, boru kəməri tezliklə təmir olunacaq və qazın İrandan Türkiyəyə ixracı yenidən başlayar”.

ABŞ-ın İrana qarşı yeni silah sanskiayaları tətbiq etməyə çalışması ilə bağlı A.Musəvi deyib ki, ABŞ-ın bu addımının qanunsuz olması hamıya aydındır: “BMT TŞ-ə üzv ölkələrin hamısı ABŞ-ın bu addımını qeyri-qanuni hesab edir. Biz müxtəlif tərəflər, o cümlədən Hərtərəfli Birgə Fəaliyyət Planına üz völkələr Çin və Rusiya ilə müzakirələr aparırıq. Bu, bizim “qırmızı xətt”imizdir və ümid edirik, kimsə bu xəttə toxunmayacaq”.

İranın Ukrayna ilə təyyarə qəzası ilə bağlı əməkdaşlığından danışan A.Musəvi deyib ki, İran Ukrayna hökumətinə məsələnin həli üçün bir çərçivə plan təqdim edib, lakin onlar bu təklifə səhlənkar yanaşdı: “Hər halda İran məsələnin tezləşdirilməsi üçün hər bir işi görməyə hazırdır. Məsələlərdən biri qara qutudur ki, onun oxunması tezləşdirilməlidir. Hələlik Ukrayna tərəfindən bu sahədə konkret təklif almamışıq. Ukrayna və Fransa ilə qara qututunun oxunması ilə bağlı əməkdaşlıq etməyə hazırıq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net