Rusiyada koronavirusa yoluxanların sayı 500 mini ötüb
Tarix: 11-06-2020, 11:51 | Çap et
Rusiyada koronavirusa yoluxanların sayı 500 mini ötüb
Rusiyada son sutka ərzində daha 8779 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 502 436 nəfərə çatıb.

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6532 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 261 150 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Fərid Əkbərov




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net