Niderlandda kafelərdə narkotik paylayacaqlar
Tarix: 11-06-2020, 05:06 | Çap et
Niderlandda kafelərdə narkotik paylayacaqlar

Niderland hökuməti iyul ayından kafelərdə narkotik paylanacağını bildirib.

“HaberGlobal” məlumat verir ki, bununla da, narkotiklərdən istifadənin cinayət səviyyəsinə təsiri hesablanacaq.

Hökumət 2018-ci ildə 10 bələdiyyəyə qanuni olaraq narkotik yetişdirmək icazəsi verib.

Məqsəd narkotiklərin cinayət, təhlükəsizlik, ictimai asayiş və sağlamlığa təsirini öyrənməkdir.

Hökumət nümayəndələri müəyyən meyarlara uyğun olaraq, altı ay ərzində 10 narkotik istehsalçısını seçəcəklər.

Müraciət etmək istəyən namizədlərin layihəsinə ən azı 6 500 kiloqram qurudulmuş narkotik və on müxtəlif növ narkotik maddə istehsalı daxil edilməlidir.

Dövlət Şurası tərəfindən təsdiqlənmiş hökumət planına əsasən, müvafiq bələdiyyələr bir neçə il ərzində narkotik yetişdirilməsi və kafelərə paylanmasına nəzarət edəcək.

Qeyd edək ki, Niderlandda hər bir vətəndaş qanuni olaraq istifadə edəcəyi dərəcədə evində narkotik istehsal edə bilər. Narkotik vasitələrin topdan satışı qadağandır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net