Ermənistan koronavirusa görə dünyada 19-cu oldu
Tarix: 10-06-2020, 15:36 | Çap et
Ermənistan koronavirusa görə dünyada 19-cu oldu

Ermənistan hər milyon nəfərə düşən koronavirusa yoluxma sayına görə dünyada 19-cu yerdədir.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 14103 nəfər təşkil edir, bu da hər milyon nəfərə 4760 yoluxma deməkdir.

Xatırladaq ki, iyunun 8-də Ermənistan bu göstərici üzrə 20-ci, iyunun 5-də 22-ci, iyunun 3-də isə 28-ci yerdə olub.

2 gün əvvəl İsveç 19-cu yerdə idi, indi 20-yə düşüb.

Son məlumatlara görə, İsveçdə hər milyon nəfərə 4549 yoluxma qeydə alınıb. İrlandiya siyahıda (1 milyon nəfərə 5110 hal) 18-cidir.

İlk üç yeri Qətər, San-Marino və Vatikan tutur və müvafiq olaraq hər milyon insana 25600, 20279 və 14981 yoluxma hadisəsi düşür.

ABŞ hələ də dünyada virusa yoluxmuş insanların mütləq sayına görə liderlik edir. Bu ölkədə 2045715 nəfərə koronavirus diaqnozu qoyulub. Hər milyon nəfərə 6182 yoluxma aşkarlanıb. Bu göstəriciyə görə ABŞ hazırda dünyada 12-ci yerdədir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net