16 il beynəlxalq terror təşkilatlarına partlayıcı hazırlayan azərbaycanlının istintaqı başa çatıb
Tarix: 10-06-2020, 09:20 | Çap et
16 il beynəlxalq terror təşkilatlarına partlayıcı hazırlayan azərbaycanlının istintaqı başa çatıb
Beynəlxalq terror təşkilatlarında partlayıcılar düzəltmək üzrə mütəxəss olan və 16 il axtarışda olan Bəhram Güləliyevin cinayət işi ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub

Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

DTX-da dindirilən zaman B.Güləliyev əməllərini etiraf edib.

Ona qarşı Cianyətlə Məcəlləsinin 214.2.6-cı (terrorçuluq; dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Törətdiyi əməl sübuta yetirilərsə, onu 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.



Səlcuq Elçin




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net