Arvadını həbsdən qurtarmaq istədi, özü də azadlıqdan məhrum oldu - FOTO
Tarix: 9-06-2020, 04:31 | Çap et
Arvadını həbsdən qurtarmaq istədi, özü də azadlıqdan məhrum oldu - FOTO
Həyat yoldaşını öldüyünü simulyasiya etməklə həbsxanadan qurtarmağa çalışan kişi, onunla birlikdə azadlıqdan məhrum edilib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Belə ki, 48 yaşlı Rodni Uiller polisə müraciət edərək, 43 yaşlı xanımı Culiyanın Qrandvyu Milli Parkında ailə gəzintisi zamanı uçurumdan düşdüyünü deyib. Səlahiyyətlilər axtarış və xilasetmə əməliyyatına başlayıblar.

Bir neçə gündən sonra polis əməkdaşları itkin düşmüş şəxsin sonrakı axtarışları üçün lazım olacaq əşyalarını götürmək məqsədilə Uillerlərin evinə girib. Onlar mənzilə baxış keçirərkən dolablardan birində Culiyanı tapıblar. Ertəsi gün cütlük həbs olunub, istintaqa başlanılıb.

Məlum olub ki, qadın fevral ayında dələduzluqda ittiham olunub. Onun barəsində qəti hökm iyunun 17-də elan olunacaqmış. Təqsirləndirilən şəxsi 10 ilə qədər azadlıqdan məhrumetmə və 250 min dollar (425 000 AZN) cərimə gözləyirdi. Cütlük Culiyanın həbsdən yayınmasını təmin etmək üçün ölüm hadisəsini simualisiya edib.

Rodni 17 yaşlı oğlunun yardımı ilə Culiyanın şəxsi əşyalarını qayadan atıb. Polisə isə bildiriblər ki, qadın itmiş sırğasını axtararkən qayadan yıxılıb.

Axtarışlar aparılan vaxt kişi “Facebook” səhifəsində status da paylaşıb:

“Qrandvyuda insident zamanı həyat yoldaşım zərər çəkib. O, hələ tapılmayıb, ancaq sağ-sağlam tapılacağına ümidimi itirmirəm. Mənə indi ümidsizlik yaramaz, xahiş edirəm, bizim üçün dua edin”.

Culiyaya kömək etmək istəyən Rodni, son nəticədə, onun işini çətinləşdirib. İndi cütlük dələduzluqda və məhkəmə prosesini pozmağa cəhddə ittiham olunurlar.

Onlar 100 min dollar girov müqabilində sərbəst buraxılma hüququ ilə saxlanılıblar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net