Dünən Putinlə telefon söhbətimizdə dedim ki, vətəndaşlarınız Türkiyə üçün darıxıb, artıq gəlsinlər”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT1-ə müsahibəsində bildirib.
Ərdoğan Vladimir Putinlə telefon danışığından sonra Rusiya Türkiyəni turizm səfərləri edilə bilən ölkələr siyahısına salıb.
Böyük Britaniyanın Baş naziri Boris Consonla da telefonla danışdığını vurğulayan Ərdoğan Britaniyanın da Türkiyəyə turizm səfərlərini bərpa edəcəyini bildirib.
Dünyada turizmin ən önəmli sahə olduğunu deyən Türkiyə Prezidenti Almaniya kansleri Angela Merkellə də bu mövzuda söhbətinin olacağını qeyd edib.