Yaponiya Neft Assosiasiyasının Prezidenti Tsutomu Sugimori neft qiymətlərinin 40 ABŞ dolları üzərində qalacağını proqnozlaşdırır.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, Sugimori güman edir ki, iqtisadi fəaliyyət bazarda olan tələbatı dəstəkləməkdə davam edərsə, neftin qiymətinin 40 dollardan yuxarı satılacaq.
Qeyd edək ki, T. Sugimori həm də Yaponiyanın ən böyük neft emalı zavodu olan "JXTG Holdings Inc"in rəhbəridir.