Sabahdan Rusiya paytaxtında koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi ləğv olunur.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
O, iyunun 9-dan paytaxt ərazisində özünütəcrid və xüsusi buraxılış rejimlərinin ləğv olunduğunu qeyd edib.