Gürcüstan Dəmir Yolları iyunun 15-dən fəaliyyətini bərpa edəcək
Tarix: 7-06-2020, 14:51 | Çap et
Gürcüstan Dəmir Yolları iyunun 15-dən fəaliyyətini bərpa edəcək

“Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti (SC) iyunun 15-dən fəaliyyətini bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilir ki, SC karantin dövründə hökumət və digər əlaqədar təşkilatlar tərəfindən koronavirusla əlaqədar hazırlanmış bütün qayda və tövsiyələrə əməl edib. Dəmir yolunda sərnişinlərin hərəkəti ilə bağlı yeni qaydalar hazırlanıb. Yeni qaydalara əsasən, vətəndaş qatara daxil olmazdan əvvəl termoskrininqdən və dezinfeksiyaedici sahədən keçəcək, əllərini xüsusi maye ilə yuyacaq.

Sərnişinlər hətta virusun əlamətləri olmasa belə sosial məsafəni gözləməlidirlər. Tibbi maskası olmayan sərnişinlər ümumiyyətlə qatarlara buraxılmayacaq.

Qeyd dək ki, “Gürcüstan Dəmir Yolları” SC koronavirusla əlaqədar martın 31-dən fəaliyyətini dayandırmışdı.

Xatırladaq ki, Gürcüstan iyunun 15-dən daxili turizmi bərpa edəcək. İyulun 1-dən isə Gürcüstan xarici turistləri qəbul etmək niyyətindədir.



















































































Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net