Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib - FOTO
Tarix: 7-06-2020, 12:29 | Çap et
Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib - FOTO

ABŞ-ın paytaxtı Vaşinqtonda son günlər ən böyük nümayiş keçirilib.

APA–nın TASS-a istinadən məlumatına görə, etirazçılar dinc şəraitdə, festival formasında aksiyada iştirak edib.

Amerika Birləşmiş Ştatlarının paytaxtının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bağlanıb. Nümayişçilər səsgücləndirici ilə çıxışlar edib. Əsas hadisələr Ağ Evin yaxınlığındakı Lafayette Meydanının qarşısında baş verib.

Qeyd edək ki, etiraz aksiyası ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlıdır. Bu hadisədən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.


Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib - FOTO

Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib - FOTO




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net