Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 400 126 pasiyent təşkil edir.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Bundan başqa, dünyada pandemiya ərzində 6 920 143 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb. Bu halda 3 388 286 insan xəstəlikdən sağalıb.
Hazırda virusa yoluxmuş 53 598 pasiyent ağır vəziyyətdədir.
ABŞ dünyada koronavirusa ən çox yoluxma və virusdan ölüm hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 1 976 811 nəfər yoluxub, 111 723 nəfər pandemiyanın qurbanı olub.
Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 651 980 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Müalicə alan 35 211 pasiyent vəfat edib.
Şimal qonşumuz Rusiyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 458 689 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb. Siyahıda dördüncü yerdə 288 390 yoluxma ilə İspaniya, beşinci yerdə 284 868 virus daşıyıcısı ilə Böyük Britaniya qərarlaşıb.