İndoneziya ordusuna məxsus “Mi-17” helikopteri Mərkəzi Yava əyalətində qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “Jakarta Globe” məlumat yayıb.
Qeyd olunub ki, qəza nəticəsində göyərtədə olan dörd nəfər ölüb, beş nəfər yaralanıb.
Hadisə yerli vaxtla 13:40-da (Bakı vaxtı ilə 10:40) Kendal şəhərindəki sənaye kompleksinin yaxınlığında baş verib.
Ordu sözçüsü Nefra Firdausun sözlərinə görə, helikopter bir gündə ikinci təlim uçuşunu reallaşdırıb. Faktla bağlı araşdırma aparılır.
Bütün yaralılar yerli xəstəxanaya aparılıblar. Nəşrin məlumatına görə, onlar ağır yanıq xəsarətləri alıblar.