“Qlobal Peyvənd Sammiti” başlayıb
Tarix: 4-06-2020, 16:29 | Çap et
“Qlobal Peyvənd Sammiti” başlayıb

Böyük Britaniyanın təşkilatçılığı ilə “Qlobal Peyvənd Sammiti” başlayıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, videokonfrans formatında keçirilən sammitdə 50-dən çox ölkənin nümayəndəsi, 35 dövlət və ya hökumət başçısı, habelə özəl sektorun və vətəndaş cəmiyyətinin rəhbərləri iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Britaniyanın Baş Naziri Boris Conson sammitin xəstəliklərə qarşı mübarizədə dünya ölkələrinin bir araya gəlməsinə vasitə olacağını bildirib: “Biz növbəti beş il ərzində Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansına (GAVI) 1.65 milyard funt sterlinq vəsait ayıraraq alyansın aparıcı donoru olaraq qalacağıq”.

Sammit 2025-ci ilə qədər dünyanın ən kasıb ölkələrində daha 300 milyon uşağı peyvənd etmək üçün 7,4 milyard dollar vəsait toplamağı qarşıya məqsəd qoyub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net